77d6eb60-1481-40bf-b19c-89efba8c49bc..jpg

“Kərimə” dövləti qurmaq istəyən daha 13 nəfərlik qrupun istintaqı başa çatıb

Baxış sayı: 594 dəfə baxılıb.

“Kərimə” dövləti qurmaq istəyən daha 13 nəfərlik qrupun istintaqı başa çatıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən daha bir qrup şəxsin cinayət işi
üzrə ibtidai istintaqı başa çatıb.

APA xəbər verir ki, iş üzrə Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev,
Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə,
Mir Vasid Əliyev, İlham Şıxaliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mədətov
və Ruslan Əliyev barəsində toplanan cinayət işi materialları baxılması üçün
Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Xatırladaq ki, bundan əvvəl daha bir qrupun istintaqı başa çataraq baxılması
üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə prosesi başlayıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş
Prokurorluğun Mətbuat Xidmətləri yaydığı birgə məlumatda bildirilib ki, İran
xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ
alınmış bir qrup Azərbaycan vətəndaşı respublika ərazisində sabitliyin
pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması
istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla
Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar
törətməklə Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə
“Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli
şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr
təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar. Həmin planın bir
hissəsi kimi Rufulla Axundzadə “Whatsapp”, “Telegram” və digər ani mesajlaşma
sistemlərində məxfi qruplar yaradıb.

Bundan başqa, R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil
edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların
anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim
ediblər. Bu məqsədlə o, odlu silah əldə etmək və “molotov kokteyli”
hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib. Əməliyyat zamanı “Qisas
313” adlı qrupun yeddi nəfər üzvü – Elgün Ağayev, Ruslan Əliyev, Yusif
Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəməli
Musayev, eləcə dəst qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim
ediliblər. Rufulla Axundzadə adları sadalanan şəxsləri təlimatlandıraraq onları
təsir dairəsində saxlamaq məqsədi ilə davamlı virtual görüşlər keçirib. Bu
yolla o, dəstə üzvlərində radikal meyillərin daha da güclənməsinə şərit
yaradıb. Qrup üzvləri Rufulla Axundzadənin göstərişi ilə respublika ərazisində
“Kərimə” dövlətinin qurulması, müxtəlif pozuculuq, kütləvi iğtişaşlar,
sui-qəsdlər və bu kimi qanunsuz fəaliyyətlə məşğul olacaqlarına, sosial
şəbəkələrdə radikal dini paylaşımlara müsbət reaksiya göstərən digər şəxsləri
də üzv olduqları “müqavimətçi dəstə”yə əlavə edəcəklərinə və bu kimi çirkin
əməllərinə müqəddəs Qurani-Kərimi də alət edərək ona and içiblər. Həmçinin
onlar müxtəlif dövlət orqanlarının inzibati binaların yaxınlığındakı küçələrdə
radikal dini şüarlar yazaraq vətəndaşlar arasında çaşqınlıq yaratmaq məqsədi
ilə şəkillər çəkib sosial şəbəkələrdə paylaşıblar.

R.Axundzadə, həmçinin dəstə üzvlərini dini təhsil almaq adı ilə İrana
aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb
etməyi planlaşdırıb. R.Axundzadə ölkə ərazisində xarici xüsusi-xidmət orqanları
ilə məxfi əməkdaşlığa cəlb edilən şəxslərin “ifşa” olunması istiqamətində
keçirilən uğurlu əməliyyatlardan sonra ani mesajlaşma sistemlərində yaratdığı
qrupların bağlanması, dəstə üzvlərinin isə bir müddət sosial şəbəkələrdə aktiv
olmamaları barədə tapşırıqlar verib. Dəstə üzvləri eyni zamanda xaricdən onlara
göndərilən pul vəsaitlərini Azərbaycanda dini radikalizmin təbliğinə və digər
pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. Bu istiqamətdə
əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Source link