b28c54d2-1df7-48a2-8c55-4da442974651..jpg

Kərim Benzema “Əl-İttihad”ı tərk etmək istədiyini bildirib

Baxış sayı: 540 dəfə baxılıb.

Kərim Benzema “Əl-İttihad”ı tərk etmək istədiyini bildirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı klubunun
rəhbərliyinə komandanı müvəqqəti tərk etməli olduğunu bildirib.

Məlumata görə, 36 yaşlı futbolçunun istəyi onun öz üzərində həddindən artıq
təzyiq hiss etməsi ilə bağlıdır.

“Əl-İttihad” mövcud vəziyyəti həll etmək üçün Benzemaya onu Səudiyyə
Ərəbistanı çempionatından başqa kluba icarəyə vermək variantını təklif etsə də,
fransız bu təklifi rədd edib.

Xatırladaq ki, daha əvvəl Benzema “Əl-İttihad”ın düşərgəsinə gec gəldiyi üçün
məşqlərdən uzaqlaşdırılıb. Mətbuatda yayılan məlumata görə, futbolçu hazırda
fərdi məşq edir.

Qeyd edək ki, Benzema ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi
nəzərdə tutulub.

Mənbə: championat.com

Source link