Kərim Təkin öləcəyini necə hiss etdi və kimə dedi? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.
Budəfəki veriliş Türkiyənin mərhum müğənnisi Kərim Təkinə həsr olunub.
Bildirilir ki, ifaçı 1975-ci il aprelin 18-də İstanbulda anadan olub. K.Təkin
ilk albomunu 1995-ci ildə “Kara Gözlüm” adı altında buraxıb.
O, aktyorluq karyerasına “Mirasyediler” serialında başlayıb. Müğənninin ikinci
albomu (“Haykırsam dünyaya”) 1997-ci ildə işıq üzü görüb.
K.Təkin ən yaxın dostunun toyuna sükanı arxasında olduğu avtomobillə gedərkən
baş vermiş yol qəzası zamanı 23 yaşında dünyasını dəyişib.
Onun dəfni sənətçilər arasında ən izdihamlı dəfnlərdən biri olub. Tayfun
Duyğulu sözü və bəstəsi özünə məxsus olan K.Təkinin oxuduğu “Kar beyaz”
mahnısının hekayəsini danışarkən təəccüblü faktı açıqlayıb:
“O bizə həmişə deyirdi ki, mən yol qəzasında öləcəyəm, bəlkə albom yaxşı
satıla”.
Ətraflı süjetdə: