b34ed5c7-27d7-4fd6-a8b4-4ed2f1f5e615..jpg

Kərim Vəliyev: “Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır”

Baxış sayı: 674 dəfə baxılıb.

Kərim Vəliyev: “Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması
istiqamətində mühüm addımlar atılır”

“Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması
istiqamətində mühüm addımlar atılır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Zəfər Bayramı ilə bağlı bu ölkənin
Azərbaycandakı səfirliyində keçirilən mərasimdə Azərbaycan müdafiə nazirinin
birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik
Kərim Vəliyev deyib.

“Bu gün qardaş Türkiyənin Zəfər Bayramını təntənəli şəkildə qeyd edirik. Bu
gün Azərbaycan və Türkiyə əlaqələri ən yüksək səviyyədədir. Əlaqələrin bu
səviyyəyə çatmasında dövlət başçılarının müstəsna xidmətləri var. Prezident
İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun Türkiyə Silahlı
Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır.
Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq birliyimizi möhkəmləndirir,
bölgədə sabitliyin qorunmasına və rifahın yüksəlməsinə xidmət edir. İki ölkə
arasında döyüş hazırlığı təlimlərinin artırılması nəzərdə tutulub. Yəni iki
qardaş ölkənin orduları arasında əməkdaşlıq bundan sonra da davam edəcək.
Türkiyənin Zəfər Bayramını təbrik edir, şəhidlərin xatirəsini dərin ehtiramla
anıram”, – deyə K.Vəliyev əlavə edib.

Source link