01a67dd6-7893-4f91-befd-bab2eb085262..jpg

Kərim Vəliyev Bakıda gürcüstanlı general-mayor ilə görüşdü – FOTO/VİDEO

Baxış sayı: 898 dəfə baxılıb.

Kərim Vəliyev Bakıda gürcüstanlı general-mayor ilə görüşdü – FOTO/VİDEO

Fevralın 20-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş
Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan
Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə
görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə gürcüstanlı qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və
ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini
ehtiramla yad edib və “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Sonra Baş Qərargahda rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul
dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və
protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən
məmnun olduğunu bildirib. Xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı
etimadın olduğunu bildirən Baş Qərargah rəisi Azərbaycanla Gürcüstan arasında
əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını
xüsusi vurğulayıb, digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin
yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən general-mayor G.Matiaşvili
ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin
və qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.

Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi
texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və
qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.

Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli
əməkdaşlığın inkişaf perspektivləri, birgə təlimlərin və işçi görüşlərin
intensivliyinin artırılması barədə fikir mübadiləsi aparılıb.

Sonda Gürcüstan nümayəndə heyəti Döyüşü İdarəetmə Mərkəzinə gələrək burada
şəxsi heyətlə görüşüb və yaradılmış şəraitlə tanış olub.

Qonaqlara mərkəzin strukturu, iş prinsipi və fəaliyyət istiqaməti ilə bağlı
brifinq təqdim edilib.


Source link