ac170774-0522-40ca-95bc-a52dc3d94184..jpg

Kərim Vəliyev ehtimal olunan təxribatların qarşısının alınması üçün tapşırıqlar verib – FOTO/VİDEO

Baxış sayı: 672 dəfə baxılıb.

Kərim Vəliyev ehtimal olunan təxribatların qarşısının alınması üçün
tapşırıqlar verib – FOTO/VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Kəlbəcər
və Laçın rayonları ərazilərində yerləşən bir neçə hərbi hissələrdə olub,
bölmələrin döyüş hazırlığını yoxlayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş Qərargah rəisi əməliyyat şəraiti və döyüş növbətçiliyinin
təşkili ilə bağlı məruzələri dinləyib, ehtimal olunan təxribatların qarşısının
vaxtında və qətiyyətlə alınması üçün müvafiq tapşırıqlar verib.

General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması
məqsədilə təlim və məşqlərin intensivliyinin artırılması və bölmələrin idarə
edilməsi bacarıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verib.


Source link