a925224d-fc06-4d01-8729-2cc123dadcc9..jpg

Kərim Vəliyev Ermənistanla sərhəddəki hərbi hissələrdə olub, göstərişlər verib – FOTO/VİDEO

Baxış sayı: 478 dəfə baxılıb.

Kərim Vəliyev Ermənistanla sərhəddəki hərbi hissələrdə olub, göstərişlər verib
– FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri
Ermənistan ilə sərhəd Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən
hərbi hissələrdə olublar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələrdə hərbi qulluqçularla
görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin Ordumuz qarşısında qoyduğu
tapşırıqları şəxsi heyətə çatdırıb, onların icrası ilə əlaqədar konkret
göstərişlər verib.

Yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə qoşun xidməti və
döyüş növbətçiliyinin təşkili yoxlanılıb. Məruzə olunub ki, mövqelərdə günün
nizam qaydalarına uyğun sutkaboyu fasiləsiz xidmət aparılır, döyüş növbətçiliyi
təşkil olunur.

General-polkovnik K.Vəliyev həmçinin artilleriya, mühəndis və komando hərbi
hissələrinə gələrək döyüş hazırlığını yoxlayıb, bölmələrin gündəlik fəaliyyəti,
yerinə yetirilən tədbirlərlə bağlı komandir heyətlərinin məruzələrini dinləyib.

Bildirilib ki, qarşıya qoyulmuş tapşırıqlar plan üzrə icra olunur, döyüş
hazırlığı tədbirlərinin tələblərə uyğun təşkili və keçirilməsinə xüsusi diqqət
yetirilir.

Sonda Baş Qərargah rəisi komando bölmələrindən birinin döyüş hazırlığı üzrə
təlim və məşqlərini izləyib, onların keyfiyyət və intensivliyinin daha da
artırılması, habelə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və
hazırlıq səviyyəsinin yüksəldilməsi barədə komandanlıq qarşısında konkret
tapşırıqlar qoyub.


Source link