6ba32738-3e8f-4023-9b4b-300611b02654..jpg

Kərim Vəliyev hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxladı – FOTO/VİDEO

Baxış sayı: 887 dəfə baxılıb.

Kərim Vəliyev hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxladı – FOTO/VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
general-polkovnik Kərim Vəliyev bir neçə hərbi hissədə xidməti-döyüş
fəaliyyətini, qoşun xidməti və döyüş növbətçiliyinin təşkilini yoxlayıb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənabİlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi hissələrin
döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün burada bütün zəruri
infrastruktur yaradılıb.

Döyüş mövqelərində olan Baş Qərargah rəisinə əməliyyat şəraiti məruzə olunub.
Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda döyüş növbətçiliyi müasir texniki
avadanlıqla təchiz olunmuş növbətçi qüvvə və vasitələrlə aparılır, qarşı tərəf
fasiləsiz müşahidə edilir. Baş Qərargah rəisi döyüş növbətçiliyinin daha
keyfiyyətli təşkili və aparılması ilə bağlı komandanlıq qarşısında müvafiq
tapşırıqlar qoyub.


Source link