af57affb-8d72-48a2-8778-3bf6294c17a0..jpg

Kərim Vəliyev hərbi qulluqçularla bağlı tapşırıq verdi – FOTO/VİDEO

Baxış sayı: 481 dəfə baxılıb.

Kərim Vəliyev hərbi qulluqçularla bağlı tapşırıq verdi – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev yeni
tədris dövrünə hazırlıq prosesinin gedişini yoxlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məruzə olunub ki, hazırlıq prosesi ilə əlaqədar hərbi hissələrdə sıra
baxışları keçirilir, bölmələrdə və təlim şəhərciklərində maddi-texniki və
tədris bazası təkmilləşdirilir, döyüş texnikası və silahların sazlığı, eləcə də
təchizatın varlığı yoxlanılır.

General-polkovnik K.Vəliyev “Gizir hazırlığı kursu”nun gedişi ilə də
maraqlanıb.

Bildirilib ki, keçirilən məşğələlərdə əsas diqqət kursantların bilik və
bacarıqlarının daha da artırılması, Azərbaycan Ordusunun arsenalında olan
müasir silah, texnika, habelə digər döyüş vasitələrinin düzgün istismarı və
effektiv tətbiqi qaydalarının öyrədilməsinə yönəldilib.

Hərbi hissələrdə şəxsi heyətlə görüşən general-polkovnik K.Vəliyev onların
döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib, hərbi qulluqçulara
yeni tədris dövründə uğurlar arzulayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun yeni tədris dövrünün
başlanması ilə əlaqədar tələb və göstərişlərini şəxsi heyətə çatdıran Baş
Qərargah rəisi döyüş və fiziki hazırlıq üzrə tədbirlərin effektiv təşkili,
eləcə də hərbi qulluqçuların peşəkarlığının daha da artırılmasına dair
tapşırıqlar verib.


Source link