8447cd11-b2dd-4e1d-8310-898b27c8c2f4..jpg

Kərimin biznesi batdı

Baxış sayı: 530 dəfə baxılıb.

Kərimin biznesi batdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi “Xəbərin var?” verilişində qonaq
olarkən danışıb.

O, müəyyən problemlərlə üzləşdiyini bildirib:

“Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı.
Heç kim mane olmadı. İstədim gurultulu bir açılış edim, amma fikrimdən
daşındım. Bir işi quranda üstündə gərək şəxsən özün durasan. Bu gün Rusiyada,
sabah Türkiyədə, o biri gün başqa məclisdə məsələsi olmamalıdır. Restoran
işində təzə idim. Bu sahəni bilən “akulalar” var. Onlar məni “yedilər”. Dedilər
ki, işinin başının üstündə ol və öyrən ki, kim sənə nə edir. Yığışdım və
dayandım. Amma arxası gələcək”.

Kərim restoran biznesində nə qədər ziyana uğradığını isə açıqlamayıb.

Source link