“Bu gün kəskin karantin rejiminə getmədən, sadəcə həyatımızdakı sosial aktivliyi nəzarətdə saxlamaqla yoluxmanın kəskin artmasının qarşısını ala bilirik”.
Bunu TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, Bakı şəhəri 54 faiz yoluxma ilə ölkə üzrə liderdir: “Rayonlarımızda isə ciddi dəyişiklik yoxdur”.