“Kətaib Hizbullah” komandiri ABŞ-nin zərbəsi nəticəsində öldürülüb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranın dəstəklədiyi “Kətaib Hizbullah” qruplaşmasının lideri Əbu Bəkir
əs-Səədi İraqda öldürülüb.
Məlumata görə, o, Bağdadda zərərsizləşdirilib.
Belə ki, əs-Sədi və iki mühafizəçisi ABŞ-yə məxsus pilotsuz təyyarənin vurduğu
avtomobildə olub. Maşındakıların hamısı ölüb.
Qeyd edək ki, Pentaqon “Kətaib Hizbullah” qruplaşmasını yanvar ayında
İordaniyadakı ABŞ bazasına
ölümü ilə nəticələnən hücumda günahlandırır. Əbu Bəkir əs-Səədi, ümumiyyətlə,
regionda ABŞ hərbçilərinə qarşı hücumların təşkilində məsul bilinir.
Mənbə: TASS