Bu gün Kabil Universiteti yaxınlığında törədilən partlayışda 29 nəfər ölüb.
Partlayışda 52 nəfər də yaralanıb.
Əfqanıstan Daxili İşlər Nazirliyinin təmsilçisi Nusra Rəhimi bildirib ki, terror aktı Kabil Universitetinin çıxışında törədilib. Terrorçu-kamikadze özünü Novruz bayramını qeyd etməyə toplaşan insanların arasında partladıb.
14.23
Kabildə Novruz bayramını qeyd edən insanlara hücum nəticəsində azı 26 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.
ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nusra Rahimi bildirib.
Partlayış martın 21-də Kabil Universitetinin yaxınlığında, Novruz bayramı şənliyi zamanı baş verib. İlkin məlumata əsasən, partlayıcı qurğu terrorçu-kamikadze tərəfindən işə salınıb. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.