Kabildə partlayış nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə “TOLOnews” telekanalı Əfqanıstan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Partlayış nəticəsində 112 nəfər yaralanıb.
Qeyd edək ki, Kabildə seçici qeydiyyat mərkəzi qarşısında terrorçu-kamikadze tərəfindən törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
13.58
Kabildə partlayış nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, partlayış nəticəsində 50 nəfərdən çox insan yaralanıb.
Əfqanıstan DİN partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini açıqlayıb. Hələ partlayışa görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.