İŞİD terror qruplaşması Kabildəki partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.
ÇıxışYolu.Com-ın TASS-a istinadən məlumatına görə, partlayışlar nəticəsində 25 nəfər ölüb, daha 50 nəfər xəsarət alıb.
Ölənlər arasında yeddi jurnalistin olduğu bildirilir.
11:04
Fransanın AFP-nin (Agence France-Presse) fotoqrafı Şa Maria Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışda həlak olub.
ÇıxışYolu.Com bununla bağlı AFP-yə istinadla xəbər verir.
“O, Əfqanıstanın paytaxtında jurnalistlərə yönəlmiş terakt zamanı həlak olub”, – agentliyin məlumatında deyilir.
#UPDATE At least 21 people have been killed, including Agence France-Presse chief photographer Shah Marai and three other journalists, in two suicide blasts in Kabul.
Officials warn the death toll could rise. pic.twitter.com/naw8RVSUef— AFP news agency (@AFP) April 30, 2018
Hücum zamanı xəsarət alanlar arasında TOLOnews, 1TV və “Al-Jazeera” telekanallarının əməkdaşları da var.
Kabildə bazar ertəsi səhər saatlarında baş verən iki partlayış zamanı 21 nəfər həlak olub, 27 nəfər yaralanıb.