0c90ebcb-eca0-4f43-b12c-00f88a84a055..jpg

Kadidən vida məktubu və “Qarabağ” azarkeşlərinə vəd

Baxış sayı: 848 dəfə baxılıb.

Kadidən vida məktubu və “Qarabağ” azarkeşlərinə vəd

“Qarabağ”dan ayrılaraq Rusiyanın “Krasnodar” klubuna keçən Kadi Borges Ağdam
təmsilçisi ilə bağlı xoş xatirələrini yazıb.

Braziliyalı yarımmüdafiəçi öz “Instagram” səhifəsindəki paylaşımında qeyd edib
ki, Azərbaycanda yaşadıqları indiyə qədərki həyatında ən çılğın və ən gözəl
anları olub.

“Fikirlərimi sözlə ifadə etmək istəsəm, sətirlər əskik olacaq. Forma
geyindiyim müddətdə mənə hər şey verən, yanımda olan oyunçulara və məşqçilər
heyətinə ürəkdən təşəkkür edirəm. “Qarabağ”a nə qədər təşəkkür etsəm, azdır.
Hər birinizə Kadini yeni bir Kadiyə çevirdiyiniz üçün minnətdaram”, – K.Borges
yazıb.

Kadi “Qarabağ”ın azarkeşlərini də unutmayıb:

“Təsəvvür etmədiyim dərəcədə məni qucaqlayan fanatlara xüsusi təşəkkür edirəm.
Həyatımda bənzərsiz bir yeriniz oldu. İndi yeni çağırışa başlayıram. Şükür
edirəm. Tanrısız bunların mümkün olmadığına əminəm. “Qarabağ”a, oyunçulara,
məşqçilərə və azarkeşlərə sevgi və sonsuz ehtiramımı bildirirəm. Yenidən
görüşmək ümidi ilə”.

Source link