Kadırov ABŞ-yə ukraynalı hərbi əsirlərin mübadiləsi ilə bağlı təklifini
bildirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-yə ukraynalı əsirlərin əvəzində onun
ailəsinə qarşı sanksiyaların ləğv olunmasını təklif edib. O, əsirlərin
siyahısını bir gün əvvəl Qroznıya gələn ABŞ-li keçmiş kəşfiyyatçı Skott Ritterə
verib.
“Donetskdən, Luqanskdan götürdüyümüz əsirlərimiz var. Mən siyahını qonağımıza
ötürürəm (Skott Ritter), əgər anamdan, qızlarımdan və günahsız insanlardan,
atlardan sanksiyaları qaldırsalar, biz bu insanları verəcəyik”, – deyə Kadırov
bildirib.
Mənbə: ura.news