Çeçenistanın başçısı Ramzan Kadırov bəyan edib ki, Rusiyada prezident seçilmək üçün say məhdudiyyəti aradan qaldırılmalıdır, yəni bir neçə dəfə ölkə prezidenti seçilmək mümkün olmalıdır.
ÇıxışYolu.Com-ın məlumatına görə, Çeçenistan lideri bu fikirləri Rusiyanın yenidən seçilmiş prezidenti Vladimir Putinlə bağlı səsləndirib.
“Əgər bu, xalqın maraqlarına xidmət edirsə, niyə qanuna dəyişikliklər edə bilmərik? Ümumiyyətlə, mən öz adımdan deyirəm ki, heç Putinin özündən belə soruşmalı deyilik. Xalq, Federasiya Şurası, Dövlət Duması, digər dövlət qurumları buna təşəbbüs göstərməlidirlər. İmzalar toplamalı və ümumxalq referendumuna təqdim etməlidirlər. Əminəm ki, hər kəs bunu dəstəkləyəcək”.
Onun sözlərinə görə, indiki prezident sağ olduğu müddətcə başqa bir dövlət başçısı haqqında düşünmək lazım deyil. R.Kadırovun fikrincə, Vladimir Putinin rəqibləri yoxdur.
Qeyd edək ki, martın 18-də Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin yenidən Rusiyanın prezidenti seçilib.