Yaxın Şərqdən qaçan İŞİD terrocuları şimala doğru qaça bilərlər.
Rusiyanın 1 kanalının efirində danışan Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, terrorçuların hər birisi üçün müvafiq yer hazırdır.
“Çeçenistan Respublikası regionda təhlükəsizliyi qorumağa hazırdır. Bizim hazırlıqlı xüsusi təyinatlılarımız var. Biz artıq 90-cı illərdə olduğumuz kimi deyilik. Məmniniyyətlə onları qaşılayacağıq. Ancaq yerləri teatrda yoxsa qəbiristanlığda olacaq hələ bilinmir”, – deyə R.Kadırov qeyd edib.
Çeçenistan rəhbərinin sözlərinə görə, “İblis dövlətindən” olan terrorçulara islamçı qruplaşma kimi yox, qərb xüsusi xidmət orqanlarının muzdluları kimi yanaşmaq lazımdır.