Kadırov Orxan Camalın qatillərindən intiqam almağa çağırdı

Baxış sayı: 2. 790 dəfə baxılıb.

Kadırov Orxan Camalın qatillərindən intiqam almağa çağırdı

Çeçenistan rəhbəri Ramzan Kadırov Mərkəzi Afrika Respublikasında üç rusiyalı jurnalisti öldürənləri cəzalandırmağa çağırıb. 

ÇıxışYolu.Com xəbər verir ki, o, fikirlərini “Telegram” kanalında yayımlayıb. 

“Onlar cəzalandırılmalıdır. Ən yaxşısı, müharibə qanunları ilə cəzalandırılsın! Sərt! Və onların əlində Camalın, Radçenkonun və Rostorquyevin qanı qurumalıdır”, – o deyib. 

Kadırov ölənlərin ailələrinə başsağlığı verib və ümid etdiyini bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi günahkarları cəzalandırmaq üçün bütün səylərdən istifadə edəcək.

Bundan başqa, Çeçenistan rəhbəri bəzi KİV-in qatillərin din mənsubiyyəti ilə bağlı fikirlərinə münasibət bildirib.

“Onları müsəlmanlar, xristianlar deyil, quldurlar, cinayətkarlar öldürüb”, – Kadırov qeyd edib. 

Xatırladaq ki, iyulun 31-də jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko Mərkəzi Afrika Respublikasında naməlum şəxslər tərəfindən öldürülüb. 

www.ÇıxışYolu.Com