Kadırov Parisdəki terrorçudan danışıb

Kadırov Parisdəki terrorçudan danışıb

Baxış sayı: 2. 404 dəfə baxılıb.

Çeçenistan rəhbəri Ramzan Kadırov Parisdə insanlara hücum edən şəxsdən danışıb.

ÇıxışYolu.Com Gazeta.ru-ya istinadla xəbər verir ki, Kadırov Rusiyanın keçmiş vətəndaşı ilə bağlı məlumatı təsdiqləyib:

“Həsən Əzimov 14 yaşına qədər Rusiya vətəndaşı olub. Lakin 20 yaşında o, yenidən Rusiyadan pasport almadığı üçün, ölkə vətəndaşı hesab edilmir. Buna görə də, Həsən Əzimovla bağlı bütün məsuliyyət Fransanın üzərindədir”.

Kadırovun sözlərinə görə, gənc yalnız Çeçenistanda doğulub, onun yetkinlik yaşları, dünya görüşü Fransa cəmiyyətində formalaşıb:

“Əgər o, uşaqlıq və gənclik illərini Çeçenistanda yaşasaydı, Həsənin taleyi başqa cür olardı”.

Həmçinin Kadırov hadisə zamanı həlak olanların ailələrinə başsağlığı verib.

www.ÇıxışYolu.Com