Çeçenistan rəhbəri Ramzan Kadırov SSRİ rəhbəri İosif Stalini əbədi lənətləyib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, o, bu barədə öz Telegram kanalında yazıb.
“Min illəri əhatə edən çeçen xalqının tarixində çoxlu faciəvi hadisələr yaşanıb. Lakin bu müharibələrin heç biri İosif Stalinin çeçen xalqına qarşı törətdiyi repressiyaları ilə müqayisə oluna bilməz (onu əbədi lənətləyirəm). 23 fevral 1944-cü il… Bizi hər şeydən məhrum etdilər – doğma torpağımızdan, doğma evlərimizdən çıxaraq heyvan vaqonlarına saldılar. Sonra aparıb Altay dağlarına, Qazaxıstan çöllərinə atdılar” – Kadırov yazıb.
O qeyd edib ki, repressiyaya məruz qalmış insanların bəziləri aclıqdan ölüb, digərləri isə əsl imanlarına görə sağ qaldılar:
“Lakin döyüşçü və patriot olan çeçen xalqını düşmən adlandırdılar”.
Kadırov əlavə edib ki, Çeçenistan sakinləri milli faciəni xatırlayırlar, bununla belə yeni Rusiyanın qurulmasında kömək edirlər.