f65dc6b2-cfac-4b5b-ba66-e567147defa8..jpg

Kadırov xəstəliyi ilə bağlı xəbərləri təkzib etdi – VİDEO

Baxış sayı: 615 dəfə baxılıb.

Kadırov xəstəliyi ilə bağlı xəbərləri təkzib etdi – VİDEO

Çeçenistanın (Rusiya) rəhbəri Ramzan Kadırov xəstəliyi ilə bağlı yayılan
xəbərlərə inananları “hava almağa” çağırıb.

Bununla bağlı o, öz “Telegram” kanalında yazı paylaşıb və onu gəzinti zamanı
çəkdiyi videolar müşayiət edib.

“İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və
fikirlərini nizama salmağı tövsiyə edirəm. Yağış insanı çox yaxşı
gumrahlaşdırır”, – deyə o, öz izləyicilərinə müraciət edib.

O, bu şərh Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi
Andrey Yusovun Çeçenistan rəhbərinin xəstə olduğunu, vəziyyətinin ağır və ya
komada olduğunu deməsindən sonra verib.

Mənbə: gazeta.ru


Source link