Kadırov Zabit Səmədovun qələbəsini şərh etdi

Baxış sayı: 4. 148 dəfə baxılıb.

Kadırov Zabit Səmədovun qələbəsini şərh etdi

Çeçenistan prezidenti Ramzan Kadırov Zabit Səmədovun Belarusdakı qələbəsi barədə danışıb.

ÇıxışYolu.Com xəbər verir ki, Kadırov üçüncü raundda Yevgeni Orlov üzərində nokautla qələbə qazanmış Səmədovu təbrik edib:

“Biz böyük maraqla Çeçenistan Respublikasının “Axmat” klubunun təmsilçisi və yetirmələrinin görüşlərini gözləyirdik. Şadam ki, əziz qardaşlarımız – Zabit Səmədov, Sayfulla Xambaxadov, Süleyman Kosumov, Əbdül-Əziz Yusifov gözəl və həmişəki kimi inamlı qələbə qazandı.

Əminəm ki, bütün döyüşlər tamaşaçıların xoşuna gəldi. Əziz qardaşlarım – Zabit Səmədova və Çeçenistan Kikboksinq Federasiyasının prezidenti, Çeçenistan üzrə Rusiya Pensiya Fondu İdarəsinin rəhbəri Moxmad-Əmi Əhmədova əla səviyyədə turnir təşkil etdiklərinə görə təşəkkürümü bildirirəm. Bütün qalibləri gözəl nəticələrə görə təbrik edirəm. Onlara xoşbəxtlik və daha çox uğurlar arzulayıram!”

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.