Kadırovun 15 yaşlı oğlu təhlükəsizlik xidmətinin rəhbəri təyin edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çeçenistan rəhbərinin oğlu Adam Kadırov atasının təhlükəsizlik xidmətində
məsul vəzifəyə təyin edilib.
Bu barədə vilayət parlamentinin sədri Maqomed Daudov öz “Telegram” kanalında
məlumat verib.
“Əziz qardaşım oğlu Adam Kadırov Çeçenistan Respublikası başçısının
təhlükəsizlik xidmətində məsul vəzifəyə təyin edilib. Adam böyük Kadırovlar
ailəsinin və bütün çeçen xalqının layiqli nümayəndəsi olduğunu praktiki olaraq
göstərib və sübut edib. O, güclü, prinsipial xasiyyəti, respublikamız və bütün
Vətən üçün faydalı olmaq istəyi ilə seçilir”, – deyə Daudov kiçik Kadırovun
hansı vəzifəyə təyin olunduğunu dəqiqləşdirmədən yazıb.
Çeçenistanın səhiyyə naziri Adam Alxanov da Adam Kadırovu təbrik edərək, onun
Çeçenistan Respublikası başçısının təhlükəsizlik departamentinin rəhbəri
vəzifəsinə təyin olunduğunu açıqlayıb.
“Əziz qardaşım Adam Kadırovu Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik
departamentinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik
edirəm”, – o, “Telegram” kanalında yazıb.