Çeçenistan rəhbəri Ramzan Kadırovun 22 yaşlı kürəkəni Visxan Maçuyev respublika üzrə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin rəhbəri təyin edilib.
“Komsomolskaya pravda” xəbər verir ki, yeni rəhbər kollektivə Çeçenistanın Daxili İşlər naziri Ruslan Alxanov tərəfindən təqdim edilib.
Alxanov sözügedən təyinat nəticəsində qurumun fəaliyyətində yaxşılaşmanın qeydə alınacağına əminliyini ifadə edib.
Xatırladaq ki, Çeçenistan DİN-in Miqrasiya İdarəsinin yeni rəhbəri Ramzan Kadırovun böyük qızı Ayşat Kadırovanın həyat yoldaşıdır.