cde25a77-6add-4523-adb1-d6b26d31db7a..jpg

Kadri Simson: “Aİ, Azərbaycan və tərəfdaş ölkələr enerji təhlükəsizliyinin təmin edilməsində birgə çalışırlar”

Baxış sayı: 943 dəfə baxılıb.

Kadri Simson: “Aİ, Azərbaycan və tərəfdaş ölkələr enerji təhlükəsizliyinin
təmin edilməsində birgə çalışırlar”

“Bu gün apardığımız müzakirə enerji bazarlarının qlobal səviyyədə dəyişməsi
şəraitində baş tutur. Qlobal artım risk altındadır. Enerji təhlükəsizliyi isə
bizi düşündürən birinci məsələdir”.

AZƏRTAC

xəbər verir ki, bu fikri Avropa İttifaqının energetika məsələləri üzrə
komissarı xanım Kadri Simson fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası
çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

“Bu səbəbdən bu gün Məşvərət şuralarının toplantıları mühüm fürsət hesab
olunur. Bu göstərir ki, Avropa İttifaqı, Azərbaycan və tərəfdaş ölkələr enerji
təhlükəsizliyinin və bazarda sabitliyin təmin edilməsində birgə çalışırlar”.

Source link