Kafe əxlaqsızlıq yuvası imiş – Sahibi cəzalandırıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bərdə şəhərində yerləşən və “Köhnə bazar” adı ilə tanınan ticarət mərkəzindəki
kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, həyata keçirilən tədbirlər zamanı kafedə bir neçə
qadının pul müqabilində müxtəlif şəxslərlə intim münasibətdə olması müəyyən
edilib.
Faktla bağlı kafenin sahibi, 1966-cı il təvəllüdlü Vüqar Balayev (şərti)
barəsində Cinayət Məcəlləsinin 244-cü (əxlaqsızlıq yuvası təşkil etmə, saxlama)
maddəsi ilə cinayət işi açılıb. O, ifadəsində bildirib ki, sahibi olduğu kafeni
başqa bir şəxsə aylıq 800 manata icarəyə verib. Həmin qadınlardan gündəlik
10-15 manat yerpulu aldığını deyən şəxs törətdiyi əməli etiraf edib.
Cinayət işi baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin
hökmü ilə kafe sahibinə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla iki
il müddətə islah işləri cəzası verilib.