Kafedə adam döyən şəxsə 4 il iş verildi

Kafedə adam döyən şəxsə 4 il iş verildi

Baxış sayı: 4. 398 dəfə baxılıb.

Kafedə adam döyən şəxsə 4 il iş verildi

window._ttzi = 126;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nuran Dostəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bu barədə ÇıxışYolu.Com-a N. Dostəliyevin vəkili Elnur Salmanov məlumat verib.

O bildirib ki, məhkəmə hökmü elan edib:

“Hökmə əsasən, Nuran Dostəliyevə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə verilmiş ittiham sübuta yetirilmədi. Buna görə məhkəmə onun əməlini Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə töfsif edib və ona dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib”. 

İttihama görə, N. Dostəliyev Bakıda yerləşən kafelərin birində tanımadığı Elşən Babayevi döyüb. Buna səbəb onlar arasında yaranan mübahisə olub. Belə ki, E. Babayev sərxoş halda olub və N. Dostəliyevin ünvanına nalayiq ifadələr işlədib. 

Kəllə-beyin tramvası ilə xəstəxanaya çatdırılan E. Babayevin həyatını xilas etmək mümkün olub. 

Etibar Məmmədov