a4b75741-4fa9-40f4-b683-b7c281ccea21.jpg

Kafedə hesaba görə qadın müştərini döyən icarədara HÖKM OXUNDU

Baxış sayı: 226 dəfə baxılıb.

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Anar Yusifovun
(soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Anar Yusifov 1 il 11 ay 29 gün müddətinə azadlığın
məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.

İttihama görə, hadisə ötən il Abşeron rayonu, Xırdalan şəhəri, “Emin” şadlıq
sarayının yaxınlığında yerləşən kafedə qeydə alınıb.

Belə ki, Anar Yusifov icarə əsasında işlətdiyi həmin kafedə müştəri qismində
əyləşən zərərçəkmiş Gülnar İsmayılova (ad, soyadı şərti) ilə mübahisə edib.
Mübahisəyə səbəb isə zərərçəkmişin verdiyi sifarişin pulunun çox olmasına irad
bildirməsi olub. Bu zaman Anar qadına nalayiq ifadələr işlədib, stolun
üzərindəki pivə bakalını Gülnarın alın nahiyəsindən qəsdən vuraraq, ona xəsarət
yetirib.

Hadisədən sonra Anar Yusifov saxlanılıb və barəsində başqa yerə getməmək
haqqında iltizam qətimkan tədbiri seçilib.

Source link