Kafedə işləyən arvadının boğazını kəsdi – CİNAYƏT İŞİ + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Həyat yoldaşı kafedə ofisiant işləyən arvadının boğazını kəsib.
Belə ki, Jalə (Adlar şərtidir) həyat yoldaşı Urfanla birlikdə kirayədə
yaşayıb. Maddi sıxıntılar onların ailə həyatında soyuqluğa səbəb olub.
Onlar işlədikləri şirkət bağlandıqdan sonra iş axtarsalar da, tapa
bilməyiblər. İşsizlikdən evin kişisi olaraq ən çox əzabı Urfan çəkib. O,
Jalənin belə həyatdan, maddi sıxıntılardan bezdiyini hiss edib, buna rəğmən
sevgisini qorumağa çalışıb.
Bu vəziyyətdən bezən Jalə şəhərin küçələrində iş axtarmağa başlayıb. Lakin
uyğun bir iş tapa bilməyib. Daha sonra evə doğru qayıdarkən çay evlərinin
birinin ofisiant xanım axtardığını görüb və oranın sahibi Abbasla iş barədə
danışıb.
Həmin gün artıq çay evində iş tapan Jalə bu barədə Urfana dedikdən sonra o,
bir qədər narazılıq etsə də, başqa çıxış yolu olmadığını anlayıb.
Artıq bir neçə gündür çay evində ofisiant olaraq çalışan Jalənin müştərilərə
etdiyi xidməti, özünə və geyiminə fikir verməsi Abbasın diqqətindən qaçmayıb.
Abbas işlətdiyi çay evində Jalə ilə daha yaxından tanış olmaq istəyib. Abbas
bəzən çay evinə gələn dostları ilə oturarkən Jaləni də masaya dəvət edib. Abbas
onu dostları ilə tanışlığa, söhbətə cəlb edib.
Bütün bunlar baş verərkən Urfan gününü evdə keçirib. O, Jalənin gəldiyini
görüb, ayağa qalxıb, qarşısını kəsib və “belə olmaz, sən evdə tapılmırsan, mən
özüm iş tapacağam” deyib.
Növbəti gün qəfil çay evinə gəlib, Jalənin qolundan tutaraq aparmaq istəyib.
Bunu görən Abbas onlara yaxınlaşıb. Jalə Urfanı oradan uzaqlaşdırdıqdan sonra
Abbasla öz həyatı barədə söhbət edib. Abbas ona narahat olmamasını deyib, hətta
ayrılmaq istəsə, müvəqqəti başqa yerdə yaşamaq istəsə, ona kömək edəcəyinə söz
verib. Jalə Urfanın yanına qayıtmağa qorxsa da, hələ ayrılmaq istəmədiyini
bildirib.
Urfan həmin gün Jalənin onu görmək istəmədiyini və hərəkətlərində sərbəst
olduğunu deməsini ağlından çıxara bilməyib. Məişət malları satılan mağazaya
gedib, oradan mətbəx bıçağı alıb və birbaşa çay evinə yollanıb.
Əvvəl Jaləni izləyən Urfan daha sonra arxa qapıdan çay evinə daxil olub, həyat
yoldaşını gözləyib. Daha sonra Urfan Jalənin ağzını tutub içəri aparıb, diz
çöküb yalvarıb ki, onunla evə getsin. Jalənin ona dediyi sözlərdən sonra isə
belindəki bıçağı çıxarıb və ona ard-arda zərbələr endirib. Zərbələrdən biri
Jalənin boğazına tuş gəlib.
Urfan daha sonra Jalənin yanında oturaraq ağlayıb və onu xəstəxanaya
çatdıracağını deyib. Lakin Abbas təcili tibbi yardım çağıraraq Jaləni
xəstəxanaya aparıb. Urfan isə könüllü olaraq hüquq-mühafizə orqanı
əməkdaşlarına təslim olub.
Ətraflı Baku TV-nin süjetində: