Bakıda kafedə ölümlə nəticələnən partlayışla bağlı bir nəfər vəzifəli şəxs tutularaq istintaqa cəlb edilib.
ÇıxışYolu.Com xəbər verir ki, “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, tutulan şəxs “Azərtransservis” ASC-nin təsisçisi Əyyub Haqverdiyevdir.
Tutulanların sayının artacağı istisna edilmir.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir.