a7369f1d-11d0-4740-a64f-f51e4e060e5a..jpg

Kafenin qadın aşpazını döydü: “Elə bilirdim, kişidir…”

Baxış sayı: 588 dəfə baxılıb.

Kafenin qadın aşpazını döydü: “Elə bilirdim, kişidir…”

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada
təqsirləndirilən Qaçay Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı
yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad
edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə
qətimkan tədbiri xitam olunub.

İttihama görə, hadisə 5 noyabr 2022-ci il tarixdə, saat bir radələrində
Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Vip” adlı
kafedə qeydə alınıb. Belə ki, Qaçay Əsədov həmin gün kafeyə gedərək müştəri
qismində masaların birində əyləşib. O, həmin obyektdə aşpaz işləyən zərərçəkmiş
Xalidə Məmmədova (şərti) ilə birlikdə spirtli içki qəbul edib. Bu zaman
zərərçəkmiş şəxs kafedə işləyən qadınlar barəsində xoşagəlməz ifadələr işlədib.
Onların arasında mübahisə yaranıb. Nəticədə Qaçay qadının sinə nahiyəsindən
qəsdən itələyib pilləkəndən yıxaraq onun sağlamlığına az ağır zərər vurub.

Məhkəmə iclasında Qaçay Əsədov dindirilən zaman ona elan edilmiş ittiham üzrə
özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Cəlilabad rayonu,
zərərçəkmiş Xalidə Məmmədovanı əvvəllər kişi kimi tanıyıb. O, özünü Samir
(şərti) kimi qələmə verib. Həmçinin zərərçəkmiş şəxs xarici görkəmcə də kişiyə
oxşadığı üçün qadın olduğunu seçmək mümkün deyil. Xalidə Məmmədova isə
ifadəsində deyib ki, həmin kafedə 2022-ci ilin oktyabr ayının əvvəllərindən
işləyib, obyektin sahibinə onu işə götürmək üçün özünü kişi cinsinin
nümayəndəsi kimi təqdim edib:

“Xarici görkəmim də kişi cinsinin nümayəndəsinə bənzədiyinə görə inandırıcı
olub. Kafenin işçiləri də məni kişi kimi tanıyırdılar”.

Bildirib ki, təqsirləndirilən şəxs ilə aralarında mübahisə düşüb, mübahisəyə
səbəb onun kafenin işçiləri barədə dediyi sözlər olub. Qaçay Əsədov kafedə
işləyən qızların tərəfini tutaraq onunla kobud danışması xoşuna gəlməyib. Bu
səbəbdən aralarında sözlə mübahisə yaranıb. Xalidə Məmmədovanın sözlərinə görə,
həmin vaxt Qaçay onun sinə nahiyəsindən itələyib. O da pilləkənlərdan yıxılıb,
sağ ayaq nahiyəsindən xəsarət alıb.

Source link