Braziliya millisi ilə ikiqat dünya çempionu olmuş, “Roma” və “Milan”dan tanıdığımız Kafu “Qarabağ” Futbol Klubunun bazasında olub.
ÇıxışYolu.Com xəbər verir ki, uzun illər “Qarabağ”la əməkdaşlıq edən Xüsusi Olimpiya Hərakatının xəttiylə ölkəmizə gələn Braziliya millisinin sabiq kapitanı klubun direktoru Əmrah Çəlikəl, komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb.
Çay masası arxasında bu klubun son illərdəki çıxışından söhbət açılıb.
Sonda Kafuya “Qarabağ”ın “2” nömrəli forması hədiyyə olunub.
Komandanın braziliyalı qolkiperi Vaqner Da Silvanın da həmyerlisi ilə görüşü maraqlı alınıb. Ağdam klubunun qapıçısı ikiqat dünya çempionuna formasını hədiyyə edib.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com