Kahramanmaraşda inşa edilən Azərbaycan məhəlləsindən yeni görüntülər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin Kahramanmaraş şəhərində inşa edilən Azərbaycan məhəlləsində işlər
sürətlə davam etdirilir.
Azərbaycanın 100 milyon dollarlıq dəstəyi ilə həyata keçirilən layihə
çərçivəsində artıq bir neçə binanın təməli qoyulub. Digər binalar üçün hazırlıq
gedir, zəmin möhkəmləndirilir. Buradakı binaların zəlzələyə dayanıqlı olmasına
xüsusi önəm verilir. Tikintidə yüksək keyfiyyətli materiallardan istifadə
olunur.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il noyabrın 22-də 2023-cü il
sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası
Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının
Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və
mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi
barədə qanunu imzalayıb.
Qeyd edək ki, ötən il fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş
vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub.
Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub.
Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Təbii fəlakət
nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb.