501843ca-051d-48ea-b96b-49df29ed08cb..jpg

Kahramanmaraşda yük maşını cənazə namazı qılan insanlara çırpıldı: Ölən və yaralananlar var – VİDEO

Baxış sayı: 627 dəfə baxılıb.

Kahramanmaraşda yük maşını cənazə namazı qılan insanlara çırpıldı: Ölən və
yaralananlar var – VİDEO

Kahramanmaraşın Andırın rayonunda əyləci sıradan çıxan yük maşını cənazə
namazı qılan insanlara çırpılıb.

Yük maşını əvvəlcə qarşısındakı maşınlarla toqquşub, daha sonra qəbiristanlığa
– namaz qılan insanların üzərinə aşıb. Çox sayda insan maşının altında qalıb.

İlkin məlumatlara görə, dəhşətli qəzada 5 nəfər həyatını itirib, 2-si ağır
olmaqla 25 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə çox sayda polis və sağlamlıq qrupları cəlb ediliblər.

Mənbə: Haber Global


Source link