d271c6fd-11bf-42a4-a9e7-de00fc9b8fff..jpg

Kahramanmaraşdakı azərbaycanlı xilasedicilərin sonuncu qrupu Vətənə yola salınıb

Baxış sayı: 1. 000 dəfə baxılıb.

Kahramanmaraşdakı azərbaycanlı xilasedicilərin sonuncu qrupu Vətənə yola
salınıb

Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqələr qardaş
ölkəyə gedən Azərbaycanın 760 nəfərlik axtarış-xilasetmə heyətindən daha 224
nəfəri Bakıya yola salınıb.

Bildirilib ki, bu, Kahramanmaraşdakı azərbaycanlı xilasedicilərin sonuncu
qrupudur.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi
general-mayor Məhərrəm Həsənov bildirib ki, azərbaycanlı xilasedicilər
zəlzələdən dərhal sonra Türkiyəyə gəliblər:

“Ötən müddət ərzində 53 nəfər dağıntılar altından sağ çıxarılıb. Azərbaycan
dövləti, Azərbaycan xalqı hər zaman Türkiyənin yanındadır. Bu şəhərlərin
yenidən qurulmasında da Azərbaycan dövləti Türkiyənin yanında olacaq”.

Mənbə: “Anadolu”

Source link