Kalaşnikov Bakı, Moskva və İrəvan arasında gələcək münasibətlərin inkişafı ilə
bağlı: “Vəziyyət əlverişlidir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov
Ermənistan-Azərbaycan sülh danışıqları və bu danışıqlarda Rusiyanın rolundan
danışıb.
Bu barədə Ermənistan mediası xəbər verib.
“İndi mənə elə gəlir ki, Ermənistan və Azərbaycan sülh sazişinin
imzalanmasının həqiqətən bir addımlığındadır. Belə deyim: baş verən və indiki
vəziyyətə gətirib çıxaran hadisələr düzgün inkişaf etdi. Yalnız üç regional
qonşu razılaşmalı idi: Azərbaycan, Ermənistan və Rusiya. Mən həmişə bu barədə
danışmışam. Bizdən başqa ABŞ və Fransanın da həmsədrləri olduğu Qarabağ üzrə
ATƏT-in keçmiş Minsk Qrupuna isə heç vaxt inanmamışam. Onlar, hətta
barmaqlarını belə tərpətməyiblər”, – deyə o bildirib.
L.Kalaşnikov vurğulayıb ki, sonda hər şey üçtərəfli razılığa gəlib, baxmayaraq
ki, buna hərbi əməliyyatsız nail olmaq mümkün idi.
Rusiyalı deputat əlavə edib ki, sülh müqaviləsinin imzalanması bütün region
üçün iqtisadi cəhətdən faydalıdır. O, vəziyyəti kifayət qədər əlverişli kimi
qiymətləndirib.