0ce3b0e0-1c44-453c-8600-9e7eaac6df2a..jpg

Kaledoniya üsyanı: Fransa parçalana bilər – FOTO

Baxış sayı: 1. 105 dəfə baxılıb.

Kaledoniya üsyanı: Fransa parçalana bilər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Emmanuel Makron Ukraynaya qoşun yeritmək planlarından danışarkən, Paris üçün
problem gözlənilməz yerlərdən gəldi. İndi Fransanın xüsusi inzibati ərazi
qurumu adlandırılan Yeni Kaledoniya ərazisində iğtişaşlar baş verir. Parisdən
17 min km məsafədə mağazalar, apteklər və dövlət qurumları dağıdılıb, beş nəfər
artıq rəsmi olaraq ölənlər siyahısındadır.

Yerli əhali qarşıdan gələn seçki islahatına etiraz etmək üçün çıxıb. Fransa
hakimiyyəti uzaq adaya hərbi birləşmələr göndərib. Resursları zəif olan Fransa
bu adanı iki əli ilə tutub. Axı Yeni Kaledoniyada dəmir filizi, manqan və xrom
yataqları aşkarlanıb. Lakin adanın əsas sərvəti nikeldir. Bu metalın dünya
ehtiyatlarının 20%-ə qədərinin adada olduğu güman edilir.

Yerli əhali adanın əhalisinin təqribən 40%-ni, fransız mühacirləri (kaldoşlar)
27%-ni təşkil edirlər. 20%-dən bir qədər çoxu isə fransız, ərəb və
melaneziyalıların müxtəlif qarışıq nikahlarından olan mestizolardır. Bir sözlə,
etnik mənzərə çox rəngarəngdir. Ona görə də, bir neçə referendumda indiki
statusun saxlanmasının tərəfdarları qalib gəlib.

Bəs indi nə oldu? Məsələ burasındadır ki, təklif olunan seçki islahatı daha
çox iqtisadi vəziyyətin ümumi pisləşməsi fonunda bəhanədir. Təəssüf ki, Fransa
administrasiyası problemləri həll etmək əvəzinə baş verənlərdə xarici iz
axtarır.

Paris öz səhvlərini etiraf etmək əvəzinə kimisə günahlandırmağa üstünlük
verir. Hətta… Bakını belə. Görünür Fransanın özünün Ermənistanı dəstəkləməsi
və gurultulu izdihamda Azərbaycanın bayraqları görünməsi Makronu yaman qorxuya
salıb…

Mənbə: news.ru

Source link