0d02ec14-152b-4228-ac71-d3f1ebda5912..jpg

Kalın Türkiyənin ABŞ-dən gözləntilərini açıqladı

Baxış sayı: 1. 582 dəfə baxılıb.

Kalın Türkiyənin ABŞ-dən gözləntilərini açıqladı

Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib ki, Ankara
Suriyanın şimalında terror təşkilatlarına qarşı mübarizədə ABŞ-dən tərəfdaşlıq
ruhuna sadiq qalmasını gözləyir.

“Ölkədə və birbaşa onun hüdudlarından kənarda terror təhlükəsi olduğu halda
heç kim bizdən susqunluq gözləməməlidir. Birləşmiş Ştatların tərəfdaşlıq ruhuna
əməl etməsini və Türkiyənin təhlükəsizlik problemlərini ciddi qəbul etməsini
gözləyirik. Bizə qarşı birtərəfli siyasətin tətbiqini qəbul etmirik, haradan
gəlirsə gəlsin. ABŞ ilə qarşılıqlı maraqlara əsaslanaraq əlaqələri inkişaf
etdirməyə ümid edirik. Bu mövcud problemləri real və strateji yanaşmalar
əsasında həll etməyi tələb edir”, – Ərdoğanın sözçüsü “Kriter” jurnalının
yanvar sayına müsahibəsində deyib.

Kalın onu da qeyd edib ki, Ankara ABŞ və Rusiyanın Suriya ilə bağlı 2019-cu
ildə imzalanmış müqavilələr çərçivəsində öhdəliklərini yerinə yetirməsini
gözləyir. “Sərhədimiz yaxınlığındakı terror təşkilatlarının təmizlənməsi ilə
bağlı gözləntilərimizi bir daha bildiririk. Ölkəmiz və sərhəd bölgəmiz tamamilə
təhlükəsiz olana qədər milli təhlükəsizliyimizə təhdid yaradan terror
ünsürlərinə qarşı qətiyyətlə mübarizə aparmağa davam edəcəyik”, – o vurğulayıb.

Source link