“Kalmar oyunu”nun 80 yaşlı aktyoruna hökm oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Kalmar oyunu” serialındakı təqaüdçü rolu ilə tanınan aktyor O Yen Sunun
təcavüz iddiası üzrə məhkəməsi başa çatıb.
Yerli məhkəmə 80 yaşlı sənətçini 8 ay şərti həbs cəzasına məhkum edib. O Yen
Su, eyni zamanda, təcavüzkarlar üçün nəzərdə tutulmuş proqramı tamamlamalıdır.
Qeyd edək ki, 2021-ci ilin dekabrında bir qadın aktyora qarşı məhkəmə iddiası
qaldırıb. Qadın Yen Sunun 2017-ci ildə ona toxunduğunu iddia edib. 2022-ci ilin
aprelində iş ittiham irəli sürülmədən bağlanıb, lakin qadın apellyasiya
şikayəti verib və istintaq yenidən başlayıb. Aktyorun özünün dediyinə görə, o,
qadınla əl-ələ tutub ona gölün ətrafında necə gəzdiyini göstərib. O,
ittihamları rədd edərək, artıq qadından üzr istədiyini və bu üzrxahlığı
təqsirinin etirafı hesab etmədiyini bildirib.
Mənbə: Yonhap