32debd1a-6fe4-4cc2-83aa-11da2eef93d1.webp

Kamala Harris səhhəti ilə bağlı hesabat yayıb

Baxış sayı: 91 dəfə baxılıb.

ABŞ-nin Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris noyabr
seçkisi ərəfəsində tibbi hesabat yayıb. Onun həkimi Coşua Simmons siyasətçinin
səhhətinin “əla” olduğunu təsdiqləyib.

Cixisyolu.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, siyasətçinin son tibbi müayinəsi aprel ayında keçirilib və
müayinə zamanı hər hansı anormallıq aşkar edilməyib.

Simmons qeyd edib ki, 59 yaşlı Harris aktiv həyat tərzi keçirir və sağlam
pəhriz saxlayır. Həkim Harrisin siqaret çəkmədiyini və yalnız normada spirtli
içki içdiyini də vurğulayıb.

Source link