799a17c5-8ab4-47c9-8672-6551a2f9646b..jpg

Kamança ifaçısı: “Elza borcumuzu vermir” – FOTO

Baxış sayı: 997 dəfə baxılıb.

Kamança ifaçısı: “Elza borcumuzu vermir” – FOTO

Kamança ifaçısı Elnur Salahov Əməkdar artist Elza Seyidcahandan şikayət edib.

Musiqiçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək, müğənninin ona
konsertindən borclu qaldığını bildirib.

“Bu tanıdığınız müğənni martın 28-də solo konsert verib, iki ay məşqinə
getmişəm digər musiqiçilər kimi. Günü bu günə qədər haqqımızı vermir. Mənə bir
saat əvvəl zəng edib deyir ki, pulum yoxdur, verməyəcəyəm. Üstəlik, məni təhqir
edib telefonu üzümə söndürür”, – deyə E.Salahov vurğulayıb.

Məsələ ilə bağlı Bizim.media-nın əməkdaşı E.Seyidcahanla əlaqə yaratmağa
çalışsa da, o, telefon zənglərini cavabsız qoyub.

Source link