Kamerunda 60-dan çox futbolçu niyə cəzalandırıldı? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kamerun Futbol Federasiyası (FECAFOOT) 62 futbolçunu yaşları ilə bağlı yalan
məlumat verdikləri üçün cəzalandırıb.
Siyahıda Afrika Millətlər Kuboku üçün Kamerun millisinin heyətinə daxil
edilmiş yarımmüdafiəçi Vilfrid Natan Duala da (rəsmi məlumatlara görə, onun 17
yaşı var) yer alıb.
Qeyd olunub ki, futbolçular əsl yaşlarını gizlətdiklərinə görə
cəzalandırılıblar. Bəzi hallarda oyunçuların yaşlarını 10 ildən çox aşağı
göstərdikləri aşkar edilib.
Xatırladaq ki, yanvar-fevral aylarında Kot-d’İvuarda keçirilən Afrika
Millətlər Kubokunda Kamerun yığması Nigeriya millisinə uduzaraq (0:2) 1/8 final
mərhələsində mübarizədən kənarlaşdırılıb. Turnir başa çatdıqdan sonra Riqobert
Sonq Kamerun millisinin baş məşqçisi postunu tərk edib.
Mənbə: matchtv.ru