cf791f88-5709-4ec2-a004-5922b43a4e0b..jpg

Kamerunda yarış zamanı partlayışlar baş verdi: 19 idmançı yaralanıb – VİDEO

Baxış sayı: 766 dəfə baxılıb.

Kamerunda yarış zamanı partlayışlar baş verdi: 19 idmançı yaralanıb – VİDEO

Şənbə günü Kamerunun cənub-qərbində keçirilən illik kütləvi yarış
iştirakçılarının yolunda silsilə partlayışlar baş verib.

Məlumata görə, insident nəticəsində ən azı 19 idmançı yaralanıb.

Bu barədə Buea şəhərinin həkimlərinə istinadən məlumat yayılıb.

Qeyd olunur ki, bu il Kamerun dağında Ümid qaçışına 529 idmançı qatılıb.
Marşrutun bir hissəsində güclü partlayışlar baş verib. Partlayışların dəqiq
sayı barədə məlumat verilmir.

Bildirilir ki, 19 idmançı yaralanıb ki, onlardan da 3-ü cərrahın köməyinə
ehtiyac duyub. Təhlükəsizlik xidmətləri terror aktını Kamerunun cənub-qərb
bölgələrindən ayrılmaq istəyən separatçılar tərəfindən həyata keçirildiyini
güman edir.

Qeyd edək ki, Kamerun dağındakı Ümid qaçışı ilk dəfə 1995-ci ildə keçirilib.
Yarış məsafəsinin uzunluğu 38 km-dir. Tədbir ölkə televiziyasında yayımlanır.

Mənbə: TASS


Source link