Kamikadze səhvən özünü partlatdı – VİDEO

Kamikadze səhvən özünü partlatdı – VİDEO

Baxış sayı: 9. 710 dəfə baxılıb.

İraqın Kərkük şəhərində İŞİD terrorçusu orduya aid hərbi hissəyə hücum etməyə çalışıb. Postda olan əsgərlərin sayıqlığı nəticəsində hücumun qarşısı alınıb.  

ÇıxışYolu.Com xəbər verir ki, iflasa uğrayan hücumun görüntüsünü terrorçuların fəaliyyətini araşdıran “Directorate 4” “Telegram” kanalı yayıb.

Terrorçu kamikadze üzərində olan partlayıcı kəməri hərbçilərdən ibarət izdihamın arasında işə salmağa çalışıb. Lakin əsgərlərdən biri onun bu niyyətindən xəbər tutub. Ərazidən qaçan terrorçu büdrəyərək yerə yıxılıb və qeyri-ixtiyarı olaraq kəməri işə salaraq özünü partladıb.

İraq hərbçilərinin açıqlamasından fərqli olaraq, terrorçular partlayış nəticəsində çox sayda hərbçinin həlak olduğu və yaralandığını iddia edir.

www.ÇıxışYolu.Com