e5e31e39-dfe5-4958-a14b-b19f92be826b..jpg

Kamil Zeynallıya qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hansı cəza veriləcək? – VİDEO

Baxış sayı: 507 dəfə baxılıb.

Kamil Zeynallıya qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hansı cəza
veriləcək? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İdmançı Kamil Zeynallıya, eləcə də bir neçə vətəndaşa qarşı dələduzluq etməkdə
təqsirləndirilən iş adamı, tikinti şirkətinin rəhbəri Emil Ağayevin məhkəmə
istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən
prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.

O, məhkəmədən təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum
edilməsini istəyib.

İttihamda göstərilib ki, təqsirləndirilən Emil Ağayev təmir-tikinti işləri
aparmaq adı ilə Kamil Zeynallıdan 20 min, Ceyhun Baloğlanovdan 58 min, Yusif
Yusifovdan 58 min manat alaraq onların etibarından sui-istifadə etməklə
mənimsəyib.

Təqsirləndirilən şəxs eyni üsulla ümumilikdə 7 nəfərə qarşı dələduzluq edərək
onların 300 min manatını mənimsəməkdə təqsirləndirilir.

Qeyd edək ki, Emil Ağayevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq,
külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link