Kamran Əliyev vəzifəsindən azad edildi – YENİ TƏYİNAT

Kamran Əliyev vəzifəsindən azad edildi – YENİ TƏYİNAT

Baxış sayı: 4. 952 dəfə baxılıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev yeni vəzifəyə təyin olunub.

Bu haqda ÇıxışYolu.Com-a Kamran Əliyevin özü məlumat verib.

O bildirib ki, bundan sonra BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsində rəis vəzifəsini icra edəcək.

Qeyd edək ki, həmin vəzifədə bundan əvvəl polkovnik Ərəstun Məcidov çalışırdı. Təqaüdə çıxdıqdan sonra rəis vəzifəsi vakant idi.

Kamran Əliyevin indiyədək rəhbərlik etdiyi İctimaiyyətlə əlaqələr şöbəsinə də təyinat olub. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, mayor Rüfət Quliyev Baş İdarəinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

.
www.ÇıxışYolu.Com