00ef4f22-8541-4146-b621-fbbf8ac3fffa..jpg

Kamran Əliyev Münhenin Baş prokuroruna terrorçuluğa qarşı mübarizə fəaliyyəti barədə məlumat verib – FOTO

Baxış sayı: 603 dəfə baxılıb.

Kamran Əliyev Münhenin Baş prokuroruna terrorçuluğa qarşı mübarizə fəaliyyəti
barədə məlumat verib – FOTO

Baş prokuror Kamran Əliyev Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald
Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti haqda geniş məlumat verib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Almaniyanın Münhen
şəhərinin Baş prokuroru Reinhald Röttlenin rəhbərlik etdiyi nümayəndə heyəti
ölkəmizdə işgüzar səfərdə olub.

Yanvarın 26-da Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və
ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə
ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər. Almaniyalı
prokurorlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin
həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub, onlara Mərkəzdə
yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binasında prokurorluğun
struktur qurumlarının rəhbərləri ilə görüş keçirib. Qonaqlara ölkəmizin
prokurorluq və digər hüquq mühafizə orqanlarının mütəşəkkil cinayətkarlığa,
dini radikalizm və terrorçuluğa qarşı mübarizədə fəaliyyəti haqda geniş məlumat
verilib.

Həmçinin, nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş idarəsi, Bakı şəhər prokurorluğunun mərkəzi aparatı və Xətai rayon
prokurorluğu, habelə 7 saylı “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar.

Münhenin Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb.

Source link