Millimizin sabiq futbolçusu, hazırda Bakının “Səbail” klubunda çıxış edən Ruslan Əmircanov bu gün ailə həyatı qurur.
ÇıxışYolu.Com-ın xəbərinə görə, millimizin qapıçısı Kamran Ağayevlə meyxana deyişmələri ilə tanınan sağ cinah müdafiəçisi 33 yaşında subaylığın daşını atır.
“Neftçi” və “Qəbələ”nin sabiq futbolçusu xoş gününü “Xarı Bülbül” şadlıq sarayında edəcək.
Qeyd edək ki, bu toyda futbol camiəsi ilə yanaşı, bir sıra meyxanaçıların da iştirak edəcəyi gözlənilir.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com